Bakı. TurkicWorld:
FETÖ-nün Azərbaycan strukturunun rəhbərlərindən biri olan və təşkilatın maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosun saxlanılması üçün xüsusi əməlliyyat İraqda keçirilib.
Bu haqda TurkicWorld-da Türkiyə diplomatik mənbələrindən bildirilib.
Qeyd olunub ki , Cintosun uzun zaman İraqda olduğu müddətdə də terror təşkilatının digər üzvləri ilə sıx əməkdaşlıq içərisində olduğu müəyyən edilib.
Məlumat üçün bildirək ki, bu gün MİT FETÖ terror təşkilatının maliyyələşməsinin təşkilatçılarından olan Mehmet Cintosunu Türkiyəyə gətirilib.
Qeyd edilib ki, M.Cintosun, 1995-2014-cü illərdə FETÖ-nün Azərbaycan strukturunda "rəhbər şəxs" kimi fəaliyyət göstərib.
O, 2014-cü ildə Türkiyəyə qayıdıb və 2016-cı ilin 15 iyulunda baş verən çevrilişə cəhddən sonra Türkiyədən qaçıb.