Bakı TurkicWorld:
Türkiyədə son bir həftədə təsbit etdiyimiz cinayət təşkilatının 161 şübhəli üzvündən 131-i həbs edilib.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Kökünü qurutma” adı altında keçirilən əməliyyatla bağlı açıqlamasında bildirib.
O bildirib ki, əməliyyat iki mərhələli olmaqla İstanbul şəhəri və Diyarbakır vilayətində keçirilib.
Əməliyyat nəticəsində yeddi Kalaşnikov, altı tüfəng və çox sayda silah ələ keçirilib.