Roketsan məhsullarını Latın Amerikası bazarında tanıtmağa başlayıb

Roketsan məhsullarını Latın Amerikası bazarında tanıtmağa başlayıb

Bakı. TurkicWorld:

Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən biri olan Roketsan, Latın Amerikasında keçirilən LAAD Sərgisində 11 məhsulunu ziyarətçilərə tanıdıb.

TurkicWorld-un məlumatına görə, Latın Amerikası regionunun ən mühüm müdafiə və təhlükəsizlik sənayesi sərgilərindən biri olan LAAD Defence & Security, bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində öz qapılarını ziyarətçilərinə açıb.

LAAD Sərgisi çərçivəsində Roketsan ən son texnologiya məhsullarını region ölkələrindəki istifadəçi səlahiyyətlilərinə təqdim edib.

Məlumat üçün bildirək ki, Roketsan, regional marketinq fəaliyyətləri baxımından böyük əhəmiyyət kəsb edən yarmarkada SİHA-ların dəqiq idarə olunan pəncələri halına gələn MAM-L, MAM-C və MAM-T Mini Ağıllı Sursatlarını, Zirehli yer hədəflərinin kabusuna çevrilən KARAOK, OMTAŞ, LUMTAŞ və UMTAŞ Tank Əleyhinə İdarə olunan Raketlərini, hava platformalarına həssas və qənaətcil zərbələr vuran TEBER Lazer Rəhbərlik Dəstini, Mobil və stasionar bölmələrin hava hücumundan müdafiəsinin birinci qatını təmin etmək üçün hazırlanmış SUNGUR Aşağı Hündürlük Hava Hücumundan Müdafiə Raket Sistemini və üstün texnologiyaları ilə rəqiblərinə meydan oxuyan HİSAR Hava Hücumundan Müdafiə Raketlərini nümayiş etdirib.

Digər tərəfdən, inkişaf mərhələsində olan və hava, quru və dəniz platformalarından buraxıla bilən ÇAKIR Naviqasiya Raketi və LEVENT Yaxın Hava Hücumundan Müdafiə Raket Sistemi də Roketsan tərəfindən LAAD Sərgisində ziyarətçilərə göstərilib.

Son dövrdə ixracat atılımı ilə adından söz etdirən və qlobal müdafiə bazarının öndə gedən oyunçularından biri olan Roketsan, mühüm işbirlikləri ilə vətənə dönməyi hədəfləyir.

Qeyd edək ki, 11-14 aprel tarixlərində Rio-de-Janeyroda keçiriləcək yarmarkaya bu il dünyanın müxtəlif ölkələrindən müdafiə və təhlükəsizlik texnologiyaları sahəsində 374 şirkət qatılacaq.

Sərgidə ümümilikdə Türkiyənin 39 hərbi şirkəti iştirak edəcək.

Twitter: @rufizoglu