Türkiyə ilə enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik - Yunanıstan XİN

Türkiyə ilə enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik - Yunanıstan XİN

Bakı. TurkicWorld:

Türkiyə ilə enerji sahəsində əməkdaşlığı genişləndirmək istəyirik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Yunanıstanın Xarici işlər naziri Nikos Dendias Afinada misirli həmkarı Semeh Şükri ilə keçirdiyi mətbuat konfransı zamanı deyib.

"May ayında iki ölkədə keçiriləcək seçkilərdən sonra enerji də daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyirik", - deyə nazir bildirib.

Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim edilib.