Misir XİN sabah Türkiyəyə rəsmi səfər edəcək

Misir XİN sabah Türkiyəyə rəsmi səfər edəcək

Bakı, TurkicWorld:

Misirin Xarici İşlər naziri Sameh Şükri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə sabah Türkiyəyə rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin və regional hadisələrin müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, Sameh Şükri və Mövlud Çavuşoğlu son dəfə Türkiyədə baş verən zəlzələdən sonra fevralın 27-də görüşüblər.

Misir zəlzələdən sonra Türkiyəyə humanitar yardım göndərib.

Məlumat üçün qeyd edək ki, Misirlə Türkiyə arasında əlaqələr 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra pisləşib. 2020-ci ilin avqust ayından münasibətlər normallaşmağa başlayıb. 2021-ci il 5-6 may və 7-8 sentyabr tarixlərində Qahirə və Ankarada Xarici İşlər nazirlərinin müavinlərinin sədrliyi ilə siyasi məsləhətləşmələr keçirilib.