Türkiyə Diyarbakır

Diyarbakırda avtomobil qəzası baş verib

Bakı, TurkicWorld:

Türkiyənin Diyarbakır vilayətində bir avtomobil qəza törədərək Elazığ yolunda magistral yol işçilərinə çırpılıb.

TurkicWorld xəbər verir ki, hadisə nəticəsində üç nəfər həyatını itirib, bir nəfər yaralanıb.

Məlumata əsasən, hadisə yerinə çox sayda jandarm və təcili tibbi yardım maşınları cəlb edilib.

Yaralanan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törədən şəxs avtomobili hadisə yerində qoyaraq qaçıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər