Qara dənizdən təbii qazın çıxarılacağı tarix bəlli olub

Qara dənizdən təbii qazın çıxarılacağı tarix bəlli olub

Bakı, TurkicWorld:

Türkiyənin həcmi 710 kubmetr, iqtisadi dəyəri 1 trilyon dollardan çox olan Qara dəniz təbii qazı aprelin 20-də Filyosda Təbii Qaz Emalı Müəssisəsi vasitəsilə sahilə çıxarılacaq.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, Qara dənizin 170 kilometr dərinliyindən borular vasitəsilə Filyos Təbii Qaz Emalı Müəssisəsinə ötürülən təbii qaz emal olunduqdan sonra 36 kilometrlik Boru Kəməri Neft Nəqliyyatı Səhmdar Cəmiyyəti (BOTAŞ) xəttinə ötürüləcək.

Məlumata əsasən, hazırlanan layihələrdən vətəndaşlar üçün ən faydalı dördünün ictimaiyyətə açıqlanması gözlənilir.

Onu da qeyd edək ki, bir müddət əvvəl Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz demişdi ki, Türkiyə öz ərazisində yaradılan qovşaq vasitəsilə təxminən 40 milyard kubmetr qaz ixrac edə bilər. Onun sözlərinə görə, ölkədəki qaz qovşağı bir il ərzində fəaliyyətə başlaya bilər.

“İndi bizim öz Qara dəniz qazımız var, biz ildə təxminən 55-60 milyard kubmetr qaz istehlak edə bilirik, qovşağın daxilində qaz kəməri sisteminə 100 milyard kubmetr qaz verə bilərik və 40 milyard kubmetri ixrac edəcəyik”, - deyə Fatih Dönməz bildirib.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və 2023-cü ilə qədər bu qaz türk xalqının ixtiyarında olacaq.