Türkiyədə millətvəkili namizədlərinin siyahısı bazar günü YSK-ya təqdim ediləcək

Türkiyədə millətvəkili namizədlərinin siyahısı bazar günü YSK-ya təqdim ediləcək

Bakı, TurkicWorld:

Türkiyədə millətvəkili namizədlərinin siyahısı aprelin 9-da Ali Seçki Şurasına (YSK) təqdim ediləcək.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, Türkiyənin Ədalət və İnkişaf Partiyası (Ak Parti), CHP, MHP, İyi Partiyası millətvəkili namizədlərinin siyahısının hazırlanması prosesi davam edir.

Məlumata əsasən, “Millət İttifaqı”-na daxil olan Səadət, Deva və Gələcək Partiyasının ittifaq üçün görüşləri davam edir.

Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.