Türkiyənin 30-dan çox müdafiə şirkəti Braziliyada keçirilən sərgidə iştirak edəcək

Türkiyənin 30-dan çox müdafiə şirkəti Braziliyada keçirilən sərgidə iştirak edəcək

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN, ASFALT, MKE A.Ş, ROKETSAN, STM Defecnce və TUSAŞ Latın Amerikasında müdafiə və təhlükəsizlik texnologiyaları üzrə ildə iki dəfə keçirilən ən böyük və ən mühüm ticarət yarmarkalarından biri olan LAAD ticarət sərgisində iştirak edəcək.

TurkicWorld xəbər verir ki, 11-14 aprel tarixlərində Rio-de-Janeyroda keçiriləcək sərgidə ümümilikdə Türkiyənin 39 hərbi şirkəti iştirak edəcək.

Sərgi Braziliya Müdafiə Nazirliyi, Braziliyanın silahlı qüvvələr komandanlığı, həmçinin Braziliya Ədliyyə Nazirliyi və Braziliyanın təhlükəsizlik nümayəndələri tərəfindən təşkil olunub.

Qeyd edək ki, yarmarkaya bu il dünyanın müxtəlif ölkələrindən müdafiə və təhlükəsizlik texnologiyaları sahəsində 374 şirkətin qatılacaq.

Məlumat üçün bildirək ki, son 12 ildə yarmarkada 450-yə yaxın eksponent iştirak edib, yarmarkaya 40 minə yaxın ziyarətçi və 133 rəsmi nümayəndə heyəti gəlib.