Türkiyədə polisləri daşıyan avtobusda yanğın baş verib

Türkiyədə polisləri daşıyan avtobusda yanğın baş verib

Bakı, TurkicWorld:

Türkiyənin Rize vilayətindən Malatya vilayətinə gedən polisləri daşıyan avtobus Trabzonda yanıb.

TurkicWorld AzerPress-ə istinadən məlumat verir ki, yanğının baş vermə səbəbi bilinmir.

İlkin məlumata əsasən, avtobusun motorunda başlayan yanğın qısa müddətdə artıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən, jandarma və həkimlər cəlb edilib.

Yanğın nəticəsində ölən və yaralanan yoxdur. Avtobus şiddətli yanğın nəticəsində yararsız hala düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.