BAYRAKTAR KIZILELMA orta hündürlük sisteminin müəyyənləşdirilməsi sınağını uğurla bitirib

BAYRAKTAR KIZILELMA orta hündürlük sisteminin müəyyənləşdirilməsi sınağını uğurla bitirib

Bakı TurkicWorld:

Türkiyənin Baykar şirkəti tərəfindən tamamilə yerli və milli imkanlarla inkişaf etdirilən Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsi səmada sınaqlarını uğurla davam etdirir.

TurkicWorld xəbər verir ki, KIZILELMA-nın test proqramı çərçivəsində həyata keçirilən Orta Hündürlük Sisteminin Müəyyənləşdirilməsi Testi də uğurla tamamlanıb.

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan Bayraktar KIZILELMA, Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində üçüncü uçuşunu həyata keçirib.

Məlumat üçün qeyd edək ki, Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Səlcuq Bayraktarın rəhbərliyi altında həyata keçirilən üçüncü uçuşda Bayraktar KIZILELMA 20 min fut yüksəkliyə qalxaraq Orta Hündürlük Sisteminin Tanıma Testini müvəffəqiyyətlə tamamlayıb.

O, uçuş testini müşayiət edən Bayraktar AKINCI kamerası ilə səmada Bayraktar KIZILELMA-nı izləyib.