Son dəqiqə

Türkiyə İraq Fatih Dönmez

Fatih Dönməz Türkiyənin İraqa təzminat ödəyəcəyinə dair iddiaları təkzib edib

Bakı, TurkicWorld:

Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz Parisdə Beynəlxalq Cinayət Məhkəməsində baxılan məhkəmə işində Türkiyənin İraqa 1,4 milyard dollar təzminat ödəyəcəyinə dair iddiaları təkzib edib.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, o bildirib ki, bu məbləğdə təzminatdan söz gedə bilməz və tək tərəfli sanksiya yoxdur.

“İraq tərəfindən iddia edilən beş məsələdən dördü rədd edildi, biri qəbul edildi. İraq Türkiyənin altı tələbindən beşini rədd etdi. Tətbiq ediləcək sanksiyalar hüquqşunaslar tərəfindən müzakirə edilir”, - deyə o bildirib.

Məlumat üçün qeyd edək ki, İraq 2014-cü ildə Türkiyəyə İraqın Şimalındakı Kürd Administrasiyası ilə neft nəqlinin “icazəsiz” olması əsası ilə 30 milyard dollar dəyərində təzminat davası açıb.

Mövzuya görə xəbərlər