Son dəqiqə

Türkiyə Türkiyə Milli Müdafiə Nazirliyi Meteksan NAZAR LETS

NAZAR Lazer Elektron Hücum Sistemi Türkiyə Dəniz Qüvvələrinə təhvil verilib

Bakı. TurkicWorld:

Meteksan Müdafiə tərəfindən NAZAR Layihəsi çərçivəsində hazırlanan Lazer Elektron Hücum Sistemi (LETS) Türkiyə Dəniz Qüvvələri Komandanlığının inventarına təhvil verilib.

TurkicWorld-un məlumatına görə, uzun müddətdir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrində TV, IR, IIR və s. elektro-optik axtarış başlıqlı raketlərin lazerlə məhv edilməsi üçün tədqiqatlar aparılıb.

2007-ci ilin noyabrında Dəniz Tədqiqat Mərkəzi Komandanlığı tərkibində Lazer Parıltı Təsbit Sistemi (LAPTES) modeli yaradılıb və bununla Hərbi Dəniz Qüvvələri Komandanlığında ilk dəfə elektro-optik sensorları lazerlə aşkar etmək mümkün olub.

Bundan sonra lazer əsaslı sistemlə ilk snayper nişan alma qurğusu aşkarlanması (29 noyabr 2007-ci il), ilk sualtı periskop aşkarlanması (21 oktyabr 2009) və ilk LAPTES prototipinin istehsalı (19 mart 2009-cu il) həyata keçirilib.

3 oktyabr 2012-ci ildə ilk dəfə olaraq inventara daxol olan idarə olunan raket üçün lazer elektron hücum sınağı həyata keçirilib.

Görülən işlərin nəticəsi olaraq Türkiyə Müdafiə Sənayesi Rəhbərliyi və Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən 4 aprel 2016-cı il tarixində NAZAR Lazer Elektron Hücum Sistemi Layihəsinə start verilib.

Meteksan Müdafiə şirkətinin əsas podratçısı tərəfindən həyata keçirilən NAZAR Layihəsi çərçivəsində hazırlanmış Lazer Elektron Hücum Sistemi LETS 1 noyabr 2018-ci il tarixində TCG GÖKOVA (F-496) Friqatına inteqrasiya edilib.

Beləliklə, Türkiyə Hərbi Dəniz Qüvvələri ilk dəfə bu xüsusiyyətə malik LETS-i istifadəyə verib.

NAZAR LETS Layihəsi çərçivəsində istehsal edilən Lazer Elektron Hücum Sistemi ilə lazerin elektro-optik axtarıcı başlıqlı raketlərin məhv edilməsi üçün hava hücumundan müdafiədə istifadə oluna biləcəyi sübut edilib.

Qeyd edək ki, Türkiyə dünyada lazer silah istehsal edən üç ölkədən biri olub.

Twitter: @Daspina9

Mövzuya görə xəbərlər