Bir il ərzində təbii qaz mərkəzinin fəaliyyətə başlamasını planlayırıq – Fatih Dönməz

Bir il ərzində təbii qaz mərkəzinin fəaliyyətə başlamasını planlayırıq – Fatih Dönməz

Bakı, TurkicWorld:

Bir il ərzində Türkiyənin Trakya regionunda Filyos təbii qaz emalı mərkəzinin fəaliyyətə başlamasını planlayırıq, TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

“Trakyada qurulacaq Türk qaz mərkəzi ilə bağlı qanunvericilik işləri yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə ediləcək. Bəzi qanunlarda dəyişikliyə ehtiyac var”, - deyə nazir qeyd edib.

O bildirib ki, hal-hazırda bütün diqqət zəlzələyə toplandığından açılış bu ilin aprel ayında baş tutacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 46 min 104 nəfərə çatıb.