Bakı, TurkicWorld:
Türkiyənin müxalifətdə olan İYİ Partiyasının lideri Meral Akşener İstanbul bələdiyyə başçısı Ekrem İmamoğlu və Ankara bələdiyyə başçısı Mansur Yavaşla partiya qərargahında görüşərək onlara vitse-prezident vəzifəsi təklif edib.
TurkicWorld AzerPress-ə istinadən məlumat verir ki, İYİ Partiyasının Qrup sədri İsmail Tatlıoğlu görüşdən sonra açıqlama verib.
"Akşener Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyi irəli sürməsinə etiraz etmir ", - deyə o qeyd edib.
Məlumat üçün qeyd edək ki, Türkiyədə Prezident seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Keçiriləcək prezident seçkilərinə Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Eski Genç Partiyanın rəhbəri Cem Uzan, Vatan Partiyasının rəhbəri və 2018-ci il seçimlərində Vatan Partiyasının rəhbər namizədi Doğu Perinçek, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Eski Milliyetçi Hareket Partiyasının millət vəkili Sinan Oğan, həkim və siyasətçi Serdar Savaş namizədliyini irəli sürüb.



