Ərdoğan bu gün Adıyamana səfər edəcək

Ərdoğan bu gün Adıyamana səfər edəcək

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün zəlzələdən böyük ziyan görmüş Adıyaman və Gölbaşı vilayətlərinə səfər edəcək.

TurkicWorld-un məlumatına görə, səfər zamanı Ərdoğanı Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı müşayiət edəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 374 nəfərə çatıb.