Son dəqiqə

Azərbaycan Türkiyə Mövlud Çavuşoğlu zəlzələ

Hazırda Türkiyədə ancaq Azərbaycan və Flippindən gələn axtarış-xilasetmə qrupları fəaliyyətlərini davam etdirirlər - Çavuşoğlu

Bakı. TurkicWorld:

Hazırda zəlzələ ilə əlaqədar Türkiyədə ancaq Azərbaycan və Flippindən gələn axtarış-xilasetmə qrupları fəaliyyətlərini davam etdirirlər.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, 90 ölkədən 11 500-ə yaxın axtarış-xilasetmə heyəti gəlmişdi.

"İki ölkənin daha - Gürcüstan və Özbəkistanın heyətləri işlərini tamamladıqları üçün geri qayıdıblar. Hazırda ancaq Azərbaycan və Flippindən 700 nəfərlik heyət axtarış-xilasetmə işləri görür", - deyə nazir bildirib.

M.Çavuşoğlu qeyd edib ki, 27 ölkədən 30 səhra xəstəxanası göndərilmişdi: "Bunlardan bəziləri axtarış-xilasetmə heyəti ilə birgə gəlmişdi. Hazırda 10-u geri qayıdıb, 20-si fəaliyyətini davam etdirir".

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Mövzuya görə xəbərlər