Bakı, TurkicWorld:
İnsanlarımızdan birinin belə dağıntılar altında qaldığı və fəlakətin hərarəti hələ də sönmədiyi bir vaxtda ədalətsiz və nalayiq siyasi tənqidlər səsləndirmək, seçki tarixi ilə bağlı spekulyasiyalar etmək cinayətdir.
TurkicWorld-un məlumatına görə, bu sözləri Milliyyətçi Hərəkat Partiyası (MHP) -nın sədri Baxçalı deyib.
Məlumat üçün bildirək ki, Türkiyədə prezident seçkiləri bu ilin may ayının 14-ü keçiriləcək.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.