İsveç PKK-nın Avropadakı mağarasıdır - Devlet Bahçeli

İsveç PKK-nın Avropadakı mağarasıdır - Devlet Bahçeli

Bakı. TurkicWorld:

İsveç PKK-nın Avropadakı mağarasıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.

"Türkiyənin İsveçin NATO-ya üzvlüyünə haqlı etirazları var. Məlumdur ki, İsveç israrla terrorla məsafə saxlamaqdan çəkinir. Türkiyə təzyiqləri qəbul edəcək bir qəbilə dövləti deyil. Milli varlığımızı bilavasitə təhdid edən, qanlı terror təşkilatlarına qucaq açan, paytaxtında terrorçu toplamasına göz yuman bir ölkə ilə təhlükəsizlikdən danışmaq mümkün deyil. İsveç PKK-nın Avropadakı mağarasıdır. Əgər İsveç hökuməti köhnəlmiş siyasətindən dönərsə, o zaman NATO-ya üzvlük haqqında danışmaq olar",- deyə Bahçeli bildirib.

Sədr qeyd edib ki, İsveç dolayı yolla NATO tərəfindən qorunur və ABŞ-ın Avropadakı əsas bazalarından biridir. Türkiyənin mənəvi və hüquqi arqumentlərinə riayət etmək NATO-nun məsuliyyətidir. NATO-ya baxışımız aydındır. Amma qətiyyətlə bildirirəm ki, biz Türkiyənin strateji qərarlarının arxasında olacağıq və ölkəmizin maraqları nə tələb edirsə, onu dəstəkləyəcəyik.

Xatırladaq ki, 2023-cü il 30 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç 73 terrorçunu Türkiyəyə təhvil verəcəyinə söz verib.

Məlumat üçün bildirək ki, 6 iyul 2023-cü il tarixində İsveç PKK terror təşkilatı üzvünü ilk dəfə Türkiyəyə ekstradisiya edəcəyini açıqlayıb.