30 avqust milli mübarizənin son və qəti hökmüdür - Devlet Bahçeli

30 avqust milli mübarizənin son və qəti hökmüdür - Devlet Bahçeli

Bakı. TurkicWorld:

30 avqust milli mübarizənin son və qəti hökmüdür.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.

"Türk milləti bir daha əsarət təhlükəsinə məruz qalmayacaq.Türk milləti işğalın qaranlığına məhkum edilməyəcək. 30 avqust milli mübarizənin son və qəti hökmüdür. 30 avqust milli iradənin daşması, üstəlik, keçmişlə gələcək arasında zəfər körpüsüdür. Başda Qazi Mustafa Kamal Atatürk olmaqla, əziz millətimizin və qəhrəman Türk Silahlı Qüvvələrimizin milli mübarizə qəhrəmanlarını, şəhidlərimizi hörmətlə yad edirəm",- deyə MHP sədri bildirib.

Qeyd edək ki, avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.

Aytac Süleymanova

Twitter: a_alieva_