Ərdoğan zəlzələ bölgələrini ziyarət edib

Ərdoğan zəlzələ bölgələrini ziyarət edib

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Ərdoğan və Milliyetçi Hareket Partisi (MHP) lideri Dövlət Baxçalı zəlzələdən zərər çəkmiş Hatayı ziyarət ediblər.

TurkicWorld-un məlumatına görə, Ərdoğan və Baxçalı ilə yanaşı Türkiyənin Daxili işlər naziri Süleyman Soylu, Müdafiə naziri Hulusi Akar, Səhiyyə naziri Fahrettin Koca və Prezident sözçüsü İbrahim Kalın da zəlzələ bölgəsinə baş çəkiblər.

Qeyd edək ki, Ərdoğan və Baxçalı axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün xaricdən gələn işçilər ilə də görüşüb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib.