...

Türkiyədə təhsil alan azərbaycanlıların sayı açıqlanıb

Türkiyə Digər xəbərlər 20 Fevral 2023 16:59
TurkicWorld Aytac Aliyeva
Türkiyədə təhsil alan azərbaycanlıların sayı açıqlanıb

Bakı. TurkicWorld:

2022-2023-cü tədris ilində Türkiyənin müxtəlif ali təhsil müəssisələrində 136 Azərbaycan Respublikası vətəndaşı dövlət xətti (dövlət proqramları, HTP/YTB PhD) ilə təhsil alır.

Bu barədə TurkicWorld-un sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən bildirilib.

Xatırladaq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyindən Trend-in sorğusuna cavab olaraq qeyd edilib ki, ötən il Azərbaycandan Türkiyəyə gedən tələbələrin ümumi sayı 28 500-ü ötüb.

Tələbələr İstanbul, Ankara, İzmir, Bursa və Əskişəhər başda olmaqla Türkiyənin 50-yə yaxın vilayətinin universitetlərində təhsillərini davam etdirirlər.

Məqalədə:
Xəbərlər

Xəbər lenti