Azərbaycan könüllülərinin zəlzələ bölgəsindəki fəaliyyəti Türkiyə mediasında

Azərbaycan könüllülərinin zəlzələ bölgəsindəki fəaliyyəti Türkiyə mediasında

Bakı. TurkicWorld:

Azərbaycan dövlətinin personal və humanitar yardımı ilə yanaşı, fevralın 10-da Kahramanmaraş vilayətinə gələn ölkənin qeyri-hökumət təşkilatlarından 100 azərbaycanlı gənc zəlzələdən zərərçəkənlərin köməyinə qaçır.

TurkicWorld-un məlumatına görə, bu barədə DHA-da dərc olunan məqalədə qeyd edilib.

Bildirilib ki, yardımları koordinasiya edən gənclər gecə-gündüz yemək paylanmasında və uşaqların mənəvi dəstək aldıqları oyun çadırlarında çalışırlar.

Könüllülər ənənəvi olaraq müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi və paylanmasını həyata keçiriblər. Eyni zamanda, azərbaycanlı gənclər zərərçəkmiş şəxslərə səyyar şəkildə isti içkilər təqdim edib, müxtəlif məhəllələrdə səyyar yardım paylanılmasında, eləcədə iki kəndə səyyar yardım daşınmasında fəal iştirak ediblər.

Kahramanmaraşın müxtəlif yerlərində fəaliyyət göstərən 100 nəfərlik könüllü azərbaycanlı gənc üç komandaya bölünərək, humanitar yardım üçün Türkiyənin zəlzələdən zərər çəkmiş digər iki şəhəri Adıyaman və Malatyaya gedəcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində 39 672 nəfər həlak olub.