İskəndərun limanındakı yanğın söndürüldü

İskəndərun limanındakı yanğın söndürüldü

Bakı. TurkicWorld:

Türkiyədə dünən baş verən zəlzələdən sonra İskəndərun limanında başlayab yanğın söndürülüb.

TurkicWorld bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.

Bildirib ki, quru Qoşunlarına aid helikopterlər və Hərbi Hava Qüvvələrinə aid təyyarələrin havadan müdaxiləsi ilə yanğın söndürülüb.

Qeyd edək ki, mərkəzləri Kahramanmaraşda olan və 10 vilayətdə baş verən zəlzələlər zamanı naməlum səbəbdən İskəndərun limanında konteynerlərdəki ötən gün gecədən başlayan yanğın gün boyu davam edib.