Bakı. TurkicWorld:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi zəlzələnin fəsadları ilə mübarizə üçün təcili humanitar tədbirlərin həyata keçirilməsində Türkiyə Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır.
TurkicWorld-in məlumatına görə, bu barədə ofisin "Twitter" səhifəsində yazılıb.
"ÜST fevralın 6-da Türkiyənin cənub-şərq bölgəsində baş verən dağıdıcı zəlzələlərdən sonra fövqəladə humanitar yardımın həyata keçirilməsində Türkiyənin Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır", - deyə paylaşımda bildirilib.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.