Türkiyə 3 milli freqatı Dəniz Qüvvələri Komandanlığına təhvil verəcək

Türkiyə 3 milli freqatı Dəniz Qüvvələri Komandanlığına təhvil verəcək

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesi özəl sektor tərsanələrinin istehsal gücündən yararlanaraq eyni vaxtda 3 milli freqat istehsal edərək Türkiyənin Dəniz Qüvvələri Komandanlığının inventarına təhvil verəcək.

TurkicWorld-un məlumatına görə, MİLGEM Ada sinif korvetlərinin ikinci mərhələsinin davamı olan MİLGEM İstifləmə (I) Sinif Friqat Layihəsinin ilk gəmisi olan TCG İstanbulun tikintisi davam edərkən, eyni zamanda, 6, 7 və 8-ci gəmilərin tikinti işlərinə də başlanılıb.

Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri İsmail Dəmir, 3 “I” Sinif Friqat Layihəsinin Anadolu, Sedef, Sefine, TAİS Müştərək Ticarət Müəssisəsi və STM Savunma Teknolojileri Mühendislik və Ticaret AŞ İş kimi türk şirkətlərinin ortaqlığı ilə həyata keçirilməsinə qərar verildiyini açıqlayıb.

O qeyd edib ki, bundan öncə dizayn edilən və inşa edilən gəmilərdəki silah və sensorların əksəriyyəti xaricdən gətirilsə də, İstanbul Friqat gəmisində tamamilə yerli və milli imkanlarla istehsal edilmiş silahlardan istifadə olunacaq.