BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Sazişinin heç bir ölkəyə qarşı yönəlmədiyini bəyan edib.
TurkicWorld xəbər verir ki, Duran bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Məkkə Sazişi üç ölkənin ortaq təhlükəsizliyini və kollektiv çəkindirmə qabiliyyətini gücləndirəcək.
Duran bildirib ki, sazişin məqsədi hər hansı bir dövləti hədəfə almaq deyil, regional təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməkdir.
O qeyd edib ki, bu əməkdaşlıq formatı Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında strateji koordinasiyanı daha da gücləndirəcək.
Türkiyə rəsmisinin fikrincə, saziş regionda sülhün və sabitliyin qorunmasına əhəmiyyətli töhfə verəcək.
Məkkə Sazişi üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.






