Son dəqiqə

Türkiyə İran ABŞ Rəcəb Tayyib Ərdoğan Ankara Vaşinqton Diplomatiya Vasitəçilik

Türkiyə İran və ABŞ-ı ortaq mövqeyə gətirmək üçün çalışır - Rəcəb Tayyib Ərdoğan

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İran və ABŞ arasında münasibətlərin gərginliyinin azaldılması və tərəflərin ortaq mövqeyə gəlməsi üçün bütün imkanlarından istifadə edir.

TurkicWorld xəbər verir ki, Ərdoğan İran və ABŞ münasibətləri ilə bağlı suala cavabında Türkiyənin iki tərəfi ümumi anlaşma nöqtəsinə gətirmək üçün əlindən gələni etdiyini deyib. O, Ankaranın bu istiqamətdə addımlarının qlobal sülhün möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Türkiyə Prezidenti bildirib ki, bu məqsədə nail olmaq üçün bütün tərəfdaşlar birlikdə çalışırlar. Ərdoğanın sözlərinə görə, bölgədə gərginliyin azaldılması və diplomatik yolların gücləndirilməsi beynəlxalq sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.

Onun açıqlaması İran və ABŞ arasında münasibətlərin yenidən diqqət mərkəzinə gəldiyi bir vaxtda Türkiyənin vasitəçilik səylərini ön plana çıxarıb.

Mövzuya görə xəbərlər