Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan HƏMAS Benyamin Netanyahu Qüds Amerika Birləşmiş Ştatları

Netanyahu Türkiyəyə F-35 satışına niyə qarşı çıxır?

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyəyə F-35 döyüş təyyarələrinin satılmasına qarşı olduğunu açıqlayıb.

TurkicWorld xəbər verir ki, Benyamin Netanyahu Amerika Birləşmiş Ştatları Prezidentinin Ankaraya gözlənilən səfəri ərəfəsində verdiyi müsahibədə Türkiyəyə F-35 qırıcılarının verilməsini düzgün hesab etmədiyini bildirib. O, Türkiyənin Kipr adasının bir hissəsində hərbi mövcudluğunu, Qüdslə bağlı bəyanatlarını, HƏMAS-a münasibətini və İranla bağlı mövqeyini əsas gətirərək bu satışa etiraz etdiyini deyib.

Məlumata görə, İsrail ilə İran arasında münasibətlər 1979-cu il İslam İnqilabından sonra uzun illərdir gərgin olaraq qalır. İsrail ilə Türkiyə arasında münasibətlər isə uzun müddət praqmatik xarakter daşısa da, son illərdə ciddi fikir ayrılıqları ilə müşayiət olunur.

Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan 2000-ci illərin əvvəllərində hakimiyyətə gəldikdən sonra İsrailin fələstinlilərə qarşı siyasətini dəfələrlə sərt tənqid edib. Bu mövqe iki ölkə arasında münasibətlərdə gərginliyin artmasına təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər