BAKI,TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Qətərə rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər regionda baş verən son hadisələr və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi daşıyır. Hakan Fidan bundan əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yüksək səviyyəli görüşdə iştirak edib.
Nazir daha əvvəl açıqlamasında regiona səfər planlaşdırdığını və münaqişənin dayandırılması istiqamətində atıla biləcək addımların müzakirə ediləcəyini bildirmişdi.
Qeyd olunur ki, səfər çərçivəsində Fidanın Qətər rəsmiləri ilə görüşləri və regional gündəlik üzrə fikir mübadiləsi aparması gözlənilir.







