Son dəqiqə

Rafael Qrossi Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyi Alparslan Bayraktar Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE)

Bayraktar MAQATE rəhbəri ilə görüşüb

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə görüş keçirib.

TurkicWorld xəbər verir ki, nazir bu barədə Fransanın paytaxtı Parisin Boulogne-Billancourt şəhərində Nüvə Enerjisi Zirvəsi zamanı keçirdiyi ikitərəfli görüşlər barədə danışarkən məlumat verib.

Alparslan Bayraktar bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi Türkiyənin nüvə enerjisi sahəsində inkişafında mühüm rol oynayır. Nazir həmçinin Rafael Qrossinin daha əvvəl Akkuyu Atom Elektrik Stansiyasında olduğunu xatırladıb.

Bayraktar qeyd edib ki, cari il Akkuyu Atom Elektrik Stansiyası üçün xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, stansiyada ilk elektrik enerjisinin istehsalına başlanması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.

Nazir əlavə edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi nüvə enerjisi sahəsində beynəlxalq standartları müəyyən edən və onların icrasını yaxından izləyən əsas qurumlardan biridir.

Mövzuya görə xəbərlər