Son dəqiqə

Türkiyə Meksika

Türkiyə Meksikadakı vətəndaşlarına "təhlükəsizlik" xəbərdarlığı edib

BAKI, TurkicWorld, Nailə Babazadə

Meksikada federal təhlükəsizlik qüvvələrinin mütəşəkkil cinayətkar qruplaşmalara qarşı keçirdiyi irimiqyaslı əməliyyatdan sonra ölkənin bir çox ştatında zorakılıq halları kəskin artıb.

TurkicWorld xəbər verir ki, bu vəziyyətlə əlaqədar Türkiyənin Meksikadakı Səfirliyi orada yaşayan və səfər edən Türk vətəndaşlarına müraciət edərək ehtiyatlı olmağa çağırıb. Səfirlik tərəfindən yayımlanan bəyanatda hadisələrin diqqətlə izlənildiyi və vətəndaşların təhlükəsizlik qaydalarına ciddi riayət etməli olduğu vurğulanıb.

Əməliyyatdan sonra xüsusilə Xalisko (Jalisco), Miçoakan (Michoacan), Quanuaxuato (Guanuajuato), Tamaulipas, Aquas Kalientes və Sakatekas (Zacatecas) eyaletlərində vəziyyət daha gərgin xarakter alıb. Cinayətkar qruplar yolları bağlayaraq nəqliyyat vasitələrini və iş yerlərini yandıraraq cavab tədbirləri həyata keçirirlər. Xalisko əyalət hökuməti əhalidən evlərində qalmalarını xahiş edərək, ictimai nəqliyyatın hərəkətini dayandırıb və bölgədə "qırmızı həyəcan" vəziyyəti elan edib.

Gərginliyin əsas səbəbi Tapalpa qəsəbəsində "Xalisko Yeni Nəsil Karteli"nə (CJNG) qarşı keçirilən hərbi əməliyyat olub. Çatışma zamanı kartelin lideri, "El Menço" ləqəbli şəxsin öldürüldüyü bildirilir. Bu hadisə cinayətkar qruplaşmaların misli görünməmiş misillemə aktlarına və ölkə daxilində genişmiqyaslı iğtişaşlara yol açıb.

Mövzuya görə xəbərlər