BAKI, TurkicWorld, Nailə Babazadə
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11 fevral 2026-cı il tarixində Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutacaq.
TurkicWorld xəbər verir ki, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, Ankara şəhərində keçiriləcək iclasda hər iki ölkənin müvafiq nazirləri də iştirak edəcək. Liderlərin rəhbərliyi ilə keçiriləcək görüşlərdə Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək.
Zirvə çərçivəsində iki qonşu ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları, habelə regional və qlobal hadisələr ətrafında fikir mübadiləsi aparılacaq. Səfər zamanı ikitərəfli münasibətlərin gücləndirilməsinə xidmət edən müxtəlif sənədlərin imzalanması da nəzərdə tutulur.







