Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Misir Qəzza zolağı Qəzza Yaxın Şərq Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Yaxın Şərq və Avropa enerji əməkdaşlığı Yaxın Şərqdə müharibə ehtimalı Yaxın Şərqdə sabitlik Yaxın Şərq Sülh Sammiti Yaxın Şərq diplomatik gərginliyi Yaxın Şərq yeni regional böhran Yaxın Şərq təhlükəsizlik strategiyası

Ərdoğanın Yaxın Şərq səfərində Qəzza və Vaşinqton ilə Tehran arasındakı gərginlik müzakirə olunacaq

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni ilin ilk xarici səfəri çərçivəsində Yaxın Şərq turuna başlayıb. Dövlət başçısı "TUR" təyyarəsi ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yola düşüb.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində Ərdoğanı Türkiyənin xarici işlər, maliyyə, enerji, müdafiə və digər sahələr üzrə aparıcı nazirlərindən ibarət geniş nümayəndə heyəti müşayiət edir.

Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşəcək Ərdoğan fevralın 4-də Misirə yola düşəcək. Qahirədə həmkarı Əbdülfəttah əs-Sisi ilə bir araya gələcək Türkiyə lideri burada Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına həmsədrlik edəcək. Həmçinin Ərdoğanın Türkiyə-Misir İş Forumunda iştirakı da planlaşdırılır.

Görüşlərin əsas mövzularından biri Qəzzada sülhün bərpası və bölgəyə humanitar yardımların çatdırılması prosesi olacaq. Liderlər Qəzza Sülh Şurasının fəaliyyətini, bölgənin yenidən qurulması yollarını və Vaşinqton-Tehran xəttində artan gərginliyin azaldılması variantlarını müzakirə edəcəklər. Danışıqlarda Suriyadakı mövcud vəziyyət və regional sabitliyin qorunması məsələlərinə də toxunulacaq.

Səfər həm də iqtisadi əlaqələrin dərinləşdirilməsi məqsədi daşıyır. Xüsusilə müdafiə sənayesi sahəsində yeni tərəfdaşlıq imkanları qiymətləndiriləcək. Qeyd edək ki, 2024-cü ildə Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı ticarət dövriyyəsi təxminən 8 milyard dollar səviyyəsində olub. Türkiyənin bu ölkəyə ixracatı ötən il 3 milyard 149,6 milyon dollara yüksəlib. Analoji iqtisadi artımın Misir ilə münasibətlərdə də hədəfləndiyi bildirilir.

Mövzuya görə xəbərlər