Son dəqiqə

Türkiyə və Suriya Hicaz Dəmir Yolunu yenidən dirçəldir Osmanlının son böyük layihəsi Ankara–Şam gündəmində Hicaz Dəmir Yolu yenidən canlandırılır Türkiyə–Suriya əməkdaşlığında tarixi dəmir yolu layihəsi Sultan II Abdülhəmidin mirası yenidən gündəmdə Ankara və Şam Hicaz xətti üçün hərəkətə keçdi

Türkiyə və Suriya Hicaz Dəmir Yolunun yenidən fəaliyyətini müzakirə edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyə və Suriya Osmanlı İmperiyasının ən mühüm strateji layihələrindən biri hesab olunan Hicaz Dəmir Yolu xəttinin yenidən bərpası istiqamətində ilkin addımlar atmağa başlayıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Suriyadakı səfiri Nuh Yılmazın Suriya nəqliyyat naziri Yarub Bədirlə keçirdiyi görüşdə Hicaz Dəmir Yolunun ihyası əsas müzakirə mövzularından biri olub. Səfir Yılmaz görüşdən sonra paylaşdığı açıqlamada, “Hicaz Dəmir Yolunun yenidən canlandırılması da müzakirə etdiyimiz məsələlərdən idi”, – deyə bildirib.

Görüş zamanı tərəflər Karayolu Daşımaları üzrə Anlaşma Memorandumu çərçivəsində ikitərəfli və tranzit daşımaların artırılması, həmçinin dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün atıla biləcək praktiki addımları müzakirə ediblər.

Tarixi layihənin yeni mərhələsi

Hicaz Dəmir Yolu Sultan II Əbdülhəmidin təşəbbüsü ilə 1 sentyabr 1900-cü ildə inşa olunmağa başlanıb. Dəməşqdən Mədinəyə qədər uzanan 1464 kilometrlik xətt hac ziyarətlərini asanlaşdırmaqla yanaşı, Osmanlının bölgədəki hərbi və iqtisadi mövqelərini də gücləndirib.

Layihənin maliyyələşdirilməsi əsasən Osmanlı daxilindən və dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanların ianələri hesabına həyata keçirilib. İlk ianəni isə şəxsən Sultan II Əbdülhəmid edib. 1908-ci ildə istifadəyə verilən xəttin Mədinə–Məkkə hissəsi təhlükəsizlik və siyasi səbəblərdən tamamlanmayıb.

Regional əməkdaşlıq mesajı

Analitiklərin fikrincə, Hicaz Dəmir Yolunun bərpası təşəbbüsü təkcə tarixi irsin dirçəldilməsi deyil, həm də Ankara–Dəməşq xəttində nəqliyyat, ticarət və regional inteqrasiya baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.