BAKI,TurkicWorld
"Uşaq hüquqları haqqında" qanun layihəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti mexanizmi, əlaqələndirmə, nəzarət və monitorinqin həyata keçirilməsi, bu sahədə Ombudsmanın vəzifə və səlahiyyətlərinin müəyyən ediləcək.
TurkicWorld xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.
S.Əliyeva xatırladıb ki, 2023-cü ildə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununda dəyişikliklər edilməsi nəticəsində Ombudsmanın mandatı genişləndirilib.
"Uşaq hüquqları haqqında" Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyəti təsbit olunub:
"Ombudsmanın qeyd olunan səlahiyyəti qüvvədə olan "Uşaq hüquqları haqqında" Qanunda da təsbit edilib".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova isə vurğulayıb ki, qanun layihəsində dövlət uşaq siyasətinin əlaqələndirilməsi (AQUPDK), həyata keçirilməsinə nəzarəti (dövlət nəzarəti mexanizmi) və monitorinqi (Ombudsman) ilə baglı məsələlərin tənzimlənməsi xüsusi əhəmiyyət kəsb edir.






