Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Suriya Ankara Dəməşq

Suriyanın sərvətləri terrora yox, xalqın rifahına xidmət etməlidir - Ərdoğan

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada əldə olunan razılaşmaların sülh və sabitlik üçün yeganə yol olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, vurğulayıb ki, ölkənin resursları terror fəaliyyətlərinə deyil, təhsil, səhiyyə və xalqın rifahını artıracaq layihələrə yönəldilməlidir.

Ərdoğan çıxışında Suriya xalqının uzun illər davam edən münaqişələrdən yorulduğunu qeyd edərək, bütün etnik və dini qrupların sülh şəraitində birgə yaşamaq istədiyini deyib. Onun sözlərinə görə, uşaqlar artıq müharibə səsləri eşitmək istəmir və heç kimin Suriya xalqına yeni itkilər yaşatmağa haqqı yoxdur.

Türkiyə lideri dövlət daxilində ayrıca silahlı qüvvələrin mövcudluğunun qəbuledilməz olduğunu vurğulayıb və problemin razılaşmalar çərçivəsində təmkinlə həllinin vacibliyini önə çəkib. O, xüsusilə bölgədə yaşayan kürd icmasına müraciət edərək, nifaq yaratmaq istəyən qüvvələrin oyunlarına uymamağa çağırıb.

Ərdoğan həmçinin Türkiyənin humanitar yardımları davam etdirdiyini, AFAD, Türk Qızıl Aypara Cəmiyyəti və digər qurumların Suriyanın şimalında ehtiyac sahiblərinə dəstək göstərdiyini bildirib.

Prezident Suriyada atəşkəs və tam inteqrasiya razılaşmasının həyata keçirilməsinin regionda sabitlik üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib və əvvəlki razılaşmalara əməl olunmamasının ciddi səhv olduğunu vurğulayıb.

Mövzuya görə xəbərlər