Son dəqiqə

Hakan Fidan Davosda imza mərasimində niyə şəxsi qələmindən istifadə edib? Davos detalları: Hakan Fidanın qələm seçimi gündəm oldu Türkiyə XİN rəhbəri imza mərasimində protokol detalını açıqladı Hakan Fidan Sülh Şurası imzası ilə bağlı danışdı Türkiyədən beynəlxalq protokola incə mesaj Davosda diqqət çəkən an: Fidanın şəxsi qələmi

Hakan Fidan Davosda imza mərasimində şəxsi qələmindən istifadə etməsinin səbəbini açıqlayıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumunda “Sülh Şurası”nın imza mərasimində şəxsi qələmindən istifadə etməsi ilə bağlı yayılan müzakirələrə aydınlıq gətirib.

TurkicWorld xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edən Hakan Fidan NTV telekanalına müsahibəsində bildirib ki, imza mərasimində masada olan qələmi bəyənmədiyi üçün öz qələmindən istifadə edib. Nazir vurğulayıb ki, söhbət rəsmi və beynəlxalq əhəmiyyətli sənəddən getdiyi üçün bu detallara xüsusi önəm verib.

Hakan Fidan qeyd edib: “Açığı, oradakı qələmi bəyənmədim. Vacib bir sənəd imzalayırıq və ölkəmizi təmsil edirik”. Onun sözlərinə görə, beynəlxalq protokolda bu cür detallara diqqət yetirmək təmsilçilik baxımından önəmlidir.

Nazir açıqlamasında ABŞ Prezidenti Donald Trampa da toxunaraq bildirib ki, Trampın da imza mərasimində xüsusi qələmdən istifadə etdiyini görüb. “Cənab Trampın xüsusi qələm ilə imza atdığı bir mərasimdə mənim də yanımda daim istifadə etdiyim şəxsi qələmim var idi və onunla imza atmağı uyğun bildim”, – deyə Hakan Fidan əlavə edib.

Qeyd edək ki, Davosda keçirilən mərasimdə Fidanın öz qələmi ilə imza atması sosial mediada və beynəlxalq mediada geniş müzakirələrə səbəb olmuşdu.