Son dəqiqə

Ərdoğan Şaranı təbrik etdi: Suriyada tam inteqrasiya çağırışı Türkiyə: Atəşkəs razılaşmasının şərtləri tez icra olunmalıdır Türkiyə Prezidenti Suriyada sabitlik üçün dialoq mesajı verdi

Ərdoğan Suriyada baş verən proseslərlə bağlı açıqlama verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada əldə edilən atəşkəs və “tam inteqrasiya” razılaşmasının tezliklə icra olunmasının vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Suriyada “tək dövlət, tək ordu” prinsipinin möhkəmləndirilməsi ölkədə sabitliyin əsas şərtlərindən biridir və Türkiyə bu istiqamətdə atılan addımları dəstəkləyir.

Ərdoğan bildirib ki, Hələbin bəzi məhəllələrinin nəzarətə götürülməsi ilə bağlı aparılan əməliyyat atəşkəs və tam inteqrasiya razılaşması ilə nəticələnib. O, Suriya ordusunun əməliyyat zamanı mülki əhalinin zərər görməməsi üçün “həssas yanaşma” nümayiş etdirdiyini qeyd edib.

Türkiyə Prezidenti açıqlamasında Suriya Prezidenti Əhməd Şara ilə telefon danışığı apardığını, razılaşma və əməliyyatla bağlı onu təbrik etdiyini də bildirib. Ərdoğan, həmçinin, terrorizmə qarşı mübarizədə Türkiyənin Suriyanın yanında olacağını vurğulayıb.

Açıqlamada regional proseslərə də toxunulub. Ərdoğan, regionda problemlərin həllinin ünvanının qarşılıqlı etimada əsaslanan danışıqlar masası olduğunu qeyd edərək, bütün tərəfləri dialoq və diplomatiyaya çağırıb.