Son dəqiqə

İran etiraz aksiyası Hakan Fidan Türkiyə XİN İran rəsmilərinin etirazı etiraz

Hakan Fidan Türkiyənin İrana qarşı hərbi müdaxilənin əleyhinə olduğunu bəyan edib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələri ilə keçirdiyi qiymətləndirmə görüşündə İran ətrafında yaranmış vəziyyətə və rəsmi Ankara üçün bu ölkənin əhəmiyyətinə dair mühüm açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, Hakan Fidan Türkiyənin İrana qarşı hər hansı hərbi müdaxiləyə qəti şəkildə qarşı olduğunu bildirib. O qeyd edib ki, İran öz daxili problemlərini özü həll etməli və bölgənin qaldıra bilməyəcəyi genişmiqyaslı qeyri-sabitlik ssenarilərindən qaçınılmalıdır. Nazir Türkiyənin İranla əsrlərə dayanan sabit sərhədə və sıx ticari-sosial əlaqələrə malik olduğunu xatırladaraq bu ölkədə baş verən hər bir hadisənin Türkiyəni birbaşa maraqlandırdığını vurğulayıb.

Nazir Fidan İranın beynəlxalq sanksiyalar səbəbindən ciddi iqtisadi çətinliklərlə üzləşdiyini və bu vəziyyətin xalqın yaşam keyfiyyətinə təsir etdiyini bildirib. O əlavə edib ki, Tehranın qlobal nüvə məsələsində və regional uyğunsuzluqlarda diplomatiya yolunu seçməsi həm İranın, həm də bütün regionun xeyrinədir. Fidanın sözlərinə görə, Türkiyənin öncəliyi regionda güc tətbiqinə yol verməmək və mövcud problemləri dialoq vasitəsilə həll etməkdir.

Mövzuya görə xəbərlər