Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Türkiyə xarici işlər nazirliyi Nikolas Maduro Donald Tramp Hakan Fidan Nikolas Maduro ABŞ münasibətləri ABŞ-ın Venesuelaya hücumu

Türkiyə XİN ABŞ-ın Venesuelaya hücumu ilə bağlı açıqlama yayıb

BAKI,TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya hücumu və prezident Nikolas Maduro ilə həyat yoldaşının ələ keçirilməsi ilə bağlı açıqlama yayıb.

TurkicWorld Türkiyə mediasına istinadən xəbər verir ki, açıqlamada deyilir:

"Hadisələri yaxından izləyirik. Türkiyə, Venesuelanın sabitliyinə və Venesuela xalqının əmin-amanlığına xüsusi önəm verir.
Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik baxımından mənfi nəticələr doğurmaması üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq. Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həllinə yönəlmiş bütün konstruktiv təşəbbüslərə töhfə verməyə hazırıq".

Mövzuya görə xəbərlər