Son dəqiqə

Kocaeli DEAŞ operasyonu Kocaelidə DEAŞ əməliyyatı Türkiyədə DEAŞ-a qarşı istintaq DEAŞ üzvləri saxlanıldı Kocaelidə terror şübhəliləri həbs edildi Türkiyədə antiterror tədbirləri DEAŞ-a qarşı polis əməliyyatı Şübhəlilər deportasiya ediləcək

Kocaelidə 18 İŞİD üzvü həbs edilib

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Kocaeli vilayətində terror təşkilatı İŞİD-ə qarşı aparılan istintaq çərçivəsində saxlanılan şübhəlilərlə bağlı məhkəmə qərarları açıqlanıb.

TurkicWorld-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Kocaeli Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılaraq məhkəməyə çıxarılan 42 nəfərdən 18-i barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə qərarı ilə 20 şübhəli barəsində isə ölkədən çıxarılma (deportasiya) qərarı verilib. Digər şəxslərlə bağlı hüquqi prosedurların davam etdiyi bildirilib.

Qeyd edək ki, əməliyyat terror təşkilatı İŞİD-in Türkiyə daxilində fəaliyyətinin qarşısının alınması və potensial təhlükəsizlik risklərinin aradan qaldırılması məqsədi daşıyıb. Təhlükəsizlik qurumları tərəfindən istintaq tədbirləri davam etdirilir.