Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Suriya Suriya hava məkanı Suriya və təhlükəsizlik məsələləri Suriya-Azərbaycan münasibətləri Türkiyə və Suriya münasibətləri Suriyada PKK varlığı Suriya iqtisadi inkişafı Türkiyə-Suriya iqtisadi yatırımlar

Türkiyə Suriyanın yenidən qurulmasında fəal rol oynayacaq - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı açıqlamalar verib.

TurkicWorld xəbər verir ki, Ərdoğan, AK Parti Kongre Merkezi-də keçirilən “İnsanlık İçin Güçlü Türkiye” proqramında çıxışı zamanı Suriya məsələsinə xüsusi yer ayırıb.

O, Suriya inqilabının ildönümü münasibətilə ölkə və xalqın son 13 il ərzində davam edən zülm və zorakılığa qarşı dirənişini təqdir edib. Prezident, Əsəd rejimi və terror təşkilatlarının hücumlarında həyatını itirən suriyalıları rəhmətlə yad edib və Türkiyənin həm humanitar yardım, həm də terrorla mübarizə sahəsində üzərinə düşəni etdiyini vurğulayıb.

Ərdoğan bildirib ki, Suriya xalqı son bir ildə ölkəni yenidən qurmaq üçün ciddi iradə göstərib və 10 Mart sazişinin tətbiqi bölgədəki balansı dəyişəcək. O, sazişin həyata keçirilməsinin Suriya üzərində şər planlarını pozacağını və ölkəni daha güclü, sabit və müstəqil bir gələcəyə aparacağını qeyd edib.

Türkiyə Prezidenti həmçinin Suriya xalqını yalnız buraxmayacaqlarını vurğulayıb, şimal bölgəsində yaradılan təhlükəsiz zonaların genişləndiriləcəyini və Suriyanın yenidən qurulmasında Türkiyənin fəal rol oynayacağını bildirib. Ərdoğan, Suriyanın gələcəyinin müxtəlif etnik və dini icmaların əməkdaşlığı ilə formalaşacağını qeyd edib.

Mövzuya görə xəbərlər