Son dəqiqə

London Türkiyə XİN

Türkiyə Beynəlxalq dənizçilik təşkilatının şura üzvlüyünə yenidən seçilib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə, Beynəlxalq Dənizçilik Təşkilatı (IMO) Şura üzvlüyünə yenidən seçilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik bildirir ki, Türkiyə IMO-nun Londonda keçirilən 34-cü Baş Assambleyası çərçivəsində aparılan seçkilərin nəticəsinə əsasən Şura üzvlüyünə yenidən layiq görülüb. Açıqlamada qeyd olunur ki, Türkiyə 1999-cu ildən bəri fasiləsiz şəkildə IMO Şurasında təmsil olunmağı bacarıb.

“Türkiyə, dənizçilik sahəsində çoxtərəfli əməkdaşlığa konkret töhfə verməyə davam edəcək.” - deyə bəyanatda qeyd edilir.

Mövzuya görə xəbərlər