Son dəqiqə

Türkiyə BMT Rəcəb Tayyib Ərdoğan Antalya Avstraliya G20 Yohannesburq

COP31-in 2026-cı ilin noyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılır - Ərdoğan

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının (COP31) 31-ci sessiyasının 2026-cı ilin noyabrında Türkiyədə təşkil edilməsi nəzərdə tutulub.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən G20 sammitinin sessiyalarından birində çıxışında bildirib.

Ərdoğan deyib ki, Avstraliya ilə COP31-in birgə təşkili ilə bağlı əldə olunan razılaşma dünyada konsensus platformalarının zəiflədiyi bir dövrdə xüsusi əhəmiyyət daşıyır.

Türkiyə lideri sammit iştirakçılarına ölkənin enerji sektorunun inkişaf planlarından da bəhs edib. O bildirib ki, 2035-ci ilə qədər Türkiyənin günəş və külək enerjisi gücü dörd dəfə artırılacaq.

Prezident həmçinin BMT-nin dəstəyi ilə beynəlxalq səviyyədə həyata keçirilən Türkiyənin Sıfır Tullantı təşəbbüsünün əhəmiyyətinə diqqət çəkib.

Qeyd edək ki, daha əvvəl Türkiyə və Avstraliya COP31-in Antalyada keçirilməsi ilə bağlı razılığa gəlib.

Mövzuya görə xəbərlər