Son dəqiqə

Finlandiya Avropa İttifaqı Qəzza zolağı Hakan Fidan Qəzza Türkiyə XİN Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı

Türkiyə Qəzzada atəşkəsin davamı üçün əlindən gələni edir - Hakan Fidan

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Finlandiyada keçirdiyi rəsmi görüşlərdən sonra həmkarı Elina Valtonen ilə birgə mətbuat konfransı keçirib.

TurkicWorld xəbər verir kiFidan bildirib ki, Qəzzaya humanitar yardımların girişi hələ də kifayət qədər deyil və bu istiqamətdə tədbirlərin daha səmərəli hala gətirilməsi üçün işlər davam edir. Nazir əlavə edib ki, Türkiyə atəşkəsin qorunması və humanitar vəziyyətin yaxşılaşdırılması üçün bütün imkanlarını səfərbər edib.

Hakan Fidan həmçinin qeyd edib ki, Türkiyə Avropa İttifaqının müdafiə təşəbbüslərinə daxil edilməlidir, çünki bu, həm Türkiyə, həm də Avropa üçün strateji əhəmiyyət daşıyır.

“Avropa Birliyinin Türkiyəsiz, Türkiyənin də Avropa Birliyisiz natamam olduğunu düşünürük. Bu münasibətləri irəli daşımaq üçün yeni bir mərhələyə qədəm qoyduğumuzu görürəm.” - deyə Fidan qeyd edib.

Finlandiya xarici işlər naziri Elina Valtonen də çıxışında Türkiyənin gələcəkdə Avropa İttifaqına üzvlüyünə müsbət yanaşdıqlarını bildirib.

O vurğulayıb ki, Aİ-nin Türkiyə ilə münasibətlərini yenidən dəyərləndirməsi vacibdir və “siyasi iradə olduqca digər prosedurlar zamanla həll olunacaq”.

Fidan, Finlandiyanın Fələstini dövlət kimi tanımaması ilə bağlı sualı cavablandırıb.

“Finlandiyanın Fələstini dövlət kimi tanımasını istərdim. Hazırda 150-dən çox ölkə Fələstini tanıyıb. Əminəm ki, Finlandiyanın öz səbəbləri var, amma iki dövlətli həll və atəşkəsə verdiyi dəstəyi bizim üçün önəmlidir.” - deyə Fidan qeyd edib.

Mövzuya görə xəbərlər