Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Misir Əbdülfəttah əs-Sisi Yaxın Şərq

Ərdoğan Misirə rəsmi səfər edəcək

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdə sülh və sabitliyin bərpasına həsr olunan Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər zamanı Ərdoğanın Misir prezidenti Abdel Fəttah əs-Sisi ilə ikitərəfli görüşü də planlaşdırılır.

Görüşdə regional təhlükəsizlik, Qəzza zolağında atəşkəsin davamlılığı, humanitar yardımların koordinasiyası və Türkiyə-Misir münasibətlərinin gələcək istiqamətləri müzakirə olunacaq.

Mövzuya görə xəbərlər