Son dəqiqə

Suriya Hakan Fidan Türkiyə XİN Əsəd Həsən Şeybani Suriya iqtisadi inkişafı Suriya müharibəsi sonrası bərpa Türkiyə XİN açıqlaması

Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani bu gün Türkiyəyə səfər edəcək

BAKI, TurkicWorld, Nailə Babazadə

Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani bu gün Türkiyəyə səfər edəcək. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan həmkarını qəbul edəcək və daha sonra iki nazir birgə mətbuat konfransı keçirəcəklər.

TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani bu gün Türkiyəyə işgüzar səfər edəcək.

Nazir Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüş keçirəcək.

İki nazirin təkbətək görüşlərindən sonra birgə mətbuat konfransının təşkil olunacağı bildirilib

Mövzuya görə xəbərlər