Son dəqiqə

Türkiyə Suriya Türkiyə Milli Müdafiə Nazirliyi Suriya Türkmən Məclisi Suriya və təhlükəsizlik məsələləri Suriya iqtisadi inkişafı Suriyada türk diplomatiyası Suriyalı qaçqınların qayıdışı Suriya müharibəsi sonrası bərpa Suriya sanksiyalarının ləğvi Suriyada milli birlik və sabitlik Suriyada sabitlik təşəbbüsləri Suriya yenidənqurma layihələri Suriya daxili münaqişə sonrası

Türkiyə Suriya hökumətinin bütün tədbirlərinə dəstək verəcək- Türkiyə MN

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə, Suriya hökumətinin öz birliyi və bütövlüyünü qorumaq üçün atacağı hər cür tədbirə dəstək verəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və nazirliyin sözçüsü tuğamiral Zəki Aktürk nazirlikdə keçirilən həftəlik mətbuat konfransında çıxış edərkən bildirib.

Nazirlik mənbələri Suriyadakı vəziyyətlə bağlı sualları cavablandırıb.

“Türkiyə hesab edir ki, Suriya öz ərazi bütövlüyünü və suverenliyini qoruyan, separatçı ünsürlərə imkan verməyən mərkəzləşdirilmiş bir idarəetmə modeli ilə sabitliyə qovuşacaq"- deyə Aktürk qeyd edib.

"Suriya hökuməti ölkədəki bütün etnik və məzhəbi qruplara bərabər məsafədə yanaşmaq niyyəti ilə fəaliyyətlərini davam etdirir.

Suriyanın sabitliyi Türkiyənin təhlükəsizliyi ilə birbaşa əlaqəlidir və bu istiqamətdə atılan hər bir addım bölgədə sülhə töhfə verir." - deyə Aktürk qeyd edib.

O həmçinin qeyd edib ki, "13 avqust 2025-ci il tarixində Suriya ilə imzalanan “Birgə Təlim və Məsləhətçilik Anlaşma Memorandumu” çərçivəsində Suriya Silahlı Qüvvələrinin potensialının artırılmasına yönəlmiş təlim və məsləhətçilik fəaliyyətləri davam etdirilir. Bu çərçivədə Suriyanın tələblərinə uyğun olaraq qurulması planlaşdırılan təlim mərkəzləri ilə bağlı Türkiyə lazımi dəstəyi göstərəcək."- deyə qeyd edib.

Mövzuya görə xəbərlər