Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Terrorsuz Türkiyə Terrora qarşı mübarizə Terrorizmə qarşı mübarizə terror təşkilatlarına qarşı ortaq mövqe

Ərdoğan Türkiyənin terrordan azad olma hədəfinin son mərhələsində olduğunu bildirib

BAKI, AzerVoice, Nərmin Ağayeva

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrordan azad olma hədəfinin son mərhələsində olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Ərdoğan terrordan azad Türkiyə hədəfinə qətiyyətlə irəlilədiklərini vurğulayıb. O, ölkənin heç bir tələ və hiyləyə uymayacağını, birlik və bərabərliyin qorunacağını qeyd edərək, bu yolda qərarlı addımlar atılacağını bildirib.

Ərdoğan çıxışında, “Uğur birliyimizdən gəlir. Şəhidlərimizin mirası olan bu vətəni gələcək nəsillər üçün də qoruyub yaşatacağıq,” deyərək, Türkiyənin tarixdə “Türkiyə Əsri” kimi yer alacağına inamını ifadə edib. Prezident həmçinin terrorsuz Türkiyə hədəfinin son mərhələsinə çatdıqlarını və bu hədəfə nail olmaq üçün birliyin gücünün əhəmiyyətini vurğulayıb.

“Biz parlaq bir Türkiyə quracağıq və heç kimin qurduğu tələlərə düşməyəcəyik,” - deyə əlavə edib.

Mövzuya görə xəbərlər